"Onlar qruplaşmanın döyüş imkanlarını dirçəltməyə çalışır, İsrailə qarşı hücumlar həyata keçirirdilər. Məhəmməd Hüseyn Yasin həmçinin atəşkəs rejiminə zidd şəkildə Litani çayının cənubuna silah-sursat daşıyıb gətirirdi", – məlumatda vurğulanıb.
|
| "Hizbullah"ın silah təchizatçısı öldürülüb | VİDEO |
Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.
September 30, 2025
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


